Вернуться назад Распечатать

Deputat oğlu ilə savaşan generalın İŞDƏN ÇIXARILMASININ ŞOK SƏBƏBİ...-VİDEO

General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.

1xeber.media Unikal-a istinadən xəbər verir ki, İlqar Abbasovun işdən çıxarılmasına səbəb onun işçiləri ilə çox kobud rəftar etməsi olub. Belə ki, o, SOMDA-nın əməkdaşları ilə danışarkən bəzən qeyri-etik ifadələr də işlədirmiş.

İlqar Abbasov öz müavini, millət vəkili Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyevlə də problem yaşayıb. Bir müddət əvvəl isə onların arasındakı münaqişə sakitləşib.