Hər bir insanın həyatında elə günlər olur ki, onları ömür boyu xatırlamaq istəyir. Toylar, nişan mərasimləri, ad günləri, yubileylər, korporativ tədbirlər və digər özəl anlar yaddaşlarda xoş xatirələrlə qalmalıdır. Məhz bu anların hər birini unudulmaz etmək üçün LM palace Şadlıq Sarayı | Restoran | Banket Zalı,kabinetlər Sizin xidmətinizdədir.
Zərdab rayonunda yeni istifadəyə verilmiş,zövqlə hazırlanmış məkan – hər detalda mükəmməllik rəmzidir.
LM palace öz modern və avanqard üslubların ahəngini birləşdirən unikal dizaynı ilə seçilir. Zalların gözoxşayan interyeri, işıqlandırma sistemi və xüsusi dekoru hər bir tədbirinizə özəl rəng qatır. Geniş və rahat zal,eyni zamanda açıq havada yerləşən masalar həm azsaylı, həm də çoxsaylı qonaqların qəbul edilməsi üçün ideal şərait yaradır.
Dad və keyfiyyətin ünvanı olan məkanda yalnız yüksək səviyyəli xidmət deyil, həm də zəngin milli və Avropa mətbəxi Sizi qarşılayır. Peşəkar aşpazlarımız tərəfindən hazırlanan yeməklər həm dadı, həm də təqdimatı ilə qonaqlarınızın yaddaşında uzun müddət qalacaq. İstər toy süfrəsi, istərsə də digər tədbirlər üçün üçün hazırlanmış menyular hər zövqə uyğun variantlarla təqdim olunur.