 Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə bağlı adı hallanan SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov barədə sensasion məlumatlar yayılıb.
 Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə bağlı adı hallanan SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov barədə sensasion məlumatlar yayılıb.
Mənbələr bildirir ki, 16 il ərzində SOCAR-da vitse-prezident vəzifəsində çalışan Mikayıl İsmayılov Ramiz Mehdiyevin birbaşa himayəsində olub və onun vasitəsilə dövlət neft şirkətinin iri layihələrindən əldə edilən vəsaitlərin böyük hissəsini Ramiz Mehdiyev klanına və öz şəxsi şəbəkəsinə yönləndirib.
İsmayılovun fəaliyyəti dövründə milyardlarla manatın mənimsənildiyi, müxtəlif “şirkət-tender” sxemləri ilə bu pulların ölkədən çıxarıldığı qeyd olunur.
Musavat.com-a daxil olan xüsusi mənbə məlumatına əsasən, Mikayıl İsmayılovun xaricdəki daşınmaz əmlak imperiyası da ifşa olunub.