Вернуться назад Распечатать

Yeni təyin olunan hakimlərlə görüş keçirildi-VİDEO

Bakı Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə və birinci instansiya məhkəmlərindən Bakı Apellyasiya Məhkəməsinə yeni təyin olunan hakimlərlə görüş keçirilib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisinin 24 oktyabr 2025-ci il tarixli Qərarları ilə Bakı Apellyasiya Məhkəməsinin hakimləri Xəyalə Cəmilova və Zaur Hüseynov Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, habelə ayrı-ayrı birinci instansiya məhkəmələrində hakim vəzifəsində işləmiş Qasımov Vidadi Kamal oğlu, Ağalarov Həmid Azər oğlu, Hümbətov Fəhmin Zaur oğlu, Mədətli Fərid İlham oğlu və Sevdimalıyeva Günel Arif qızı isə Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar.
Bununla əlaqədar olaraq yeni təyin olunan hakimlərlə görüş keçirilib, onlar məhkəmənin rəhbərliyi və mövcüd iş şəraiti ilə əyani tanış olublar.