Вернуться назад Распечатать

Leysan Məmmədovdan deputatın oğluna 8 milyonluq sifariş-VİDEO

Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Tenderin qalibi "Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 8 050 336,09 manat təşkil edir. Şirkət bu məbləğə bir bina tikəcək. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Diler İnşaat” QSC 28 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2020 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur. 
"Diler İnşaat” QSC-nin deputat Ülvi Quliyevə məxsus olduğu iddia edilir. İddia təsadüfən ortaya atılmayıb. Məsələ burasındadır ki, "Diler İnşaat” QSC-nin təsisçisi Ülvi Quliyevin oğlu Orxan Quluzadədir.