Вернуться назад Распечатать

Mehdiyevin Gültəkin Hacıbəyliyə "bağışladığı" evlərin GÖRÜNTÜLƏRİ....VİDEO

 

Qeyd etdiyimiz kimi,Ramiz  Mehdiyevə  bağlı olan şəxslərin  siyahısında  keçmiş deputat,hazırda müxalifət cəbhəsində olan Gültəkin Hacıbəylinin də adı var.Bu mövzuda yayılan xəbərlərdən sonra Gültəkin Hacıbəyli özünü təmizə çıxarmaq üçün müxtəlif tip təzadlı açıqlamalar verib.O,şəxsi facebook profilində barəsində  yayılan xəbərlərin yalan olmasını qeyd etsə,də reallıq və əldə olan faktlar bunun əksini deməyə əsas verir.

Bəs,Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə necə “dostlaşıb” və bunun müqabilində nələrə nail olub? 

Oxu24.com bunlarla bağlı  özəl mənbədən  səhih məlumatlar əldə edib. 

Məlum olub ki,Gültəkin  Hacıbəyli  ilə Ramiz Mehdiyevin  əlaqələri  hələ uzun illər əvvələ  gedib çıxır. Belə ki,G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin də xeyir-duası olub. Bu,əlaqələr G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib.

Faktlardan görünür ki, Ramiz Mehdiyevin  birbaşa  sahibi  olduğu binalarda  Gültəkin Hacıbəyliyə iki  ev hədiyyə edilib.Sayt həmin mənzillərin ünvanı və  sənədləri barədə dəqiq məlumatlar əldə edib.

Söhbət  Nəsimi rayonu,Dilarə Əliyeva küçəsi  251 A ünvanında yerləşən  çoxmərtəbəli  yaşayış  kompleksindən gedir. Həmin binaların  Ramiz  Mehdiyevə  məxsus  olması  heç kəsə sirr deyildir.Bu həm sənədlərlə,həm də,həmin  binada yaşayan sakinlərin  ifadələri ilə öz təsdiqini tapır.El arasında da sözügedən tikililər  “Ramiz Mehdiyevin evləri” adlandırılır.Həmçinin Ramiz Mehdiyevə məxsus olduğu  deyilən  bir  neçə  şirkətin də  hüquqi  ünvanı  məhz  bu   küçədə yerləşən mənzil göstərilir.

Məlum olur ki, R.Mehdiyev  Gültəkin Hacıbəylini “mükafatlandırmaq” məqsədi ilə  bina tikilən ərəfədə,2005-ci ildə  ona  iki  mənzil həddiyə edib. Bina istismara verilən  tarixdən  Hacıbəyli orada yaşasa da,evin sənədləşməsi və çıxarışların alınması  2008-ci ilə təsadüf edir.Həmin mənzillərdən biri  Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır.Söhbət  həmin ünvanda yerləşən  179.4  kv.m  sahəsi olan  183  nömrəli mənzildən gedir.Əldə etdiyimiz məlumata görə,G.Hacıbəyli sözügedən mənzili  hazırda yüksək məbləğə  kirayə verib.