Şuşa şəhərində Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.
1xeber.media xəbər verir ki, “Şuşa Hotel”də şəhərin rəssamlarından ibarət rəsm sərgisi təşkil olunub.
Sərgilənən rəsmlər əsasən Şuşanın tarixi, mədəni və təbiət abidələrini əks etdirir.
Qeyd edək sərgi gün boyu davam edəcək.
Həmçinin bayram münasibətilə Şuşa şəhərində konsert proqramı və atəşfəşanlığın təşkili nəzərdə tutulur.
***
Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.
Zəfər günü ilə bağlı Şuşa şəhərində keçirilən silsilə tədbirlər başa çatıb.
Günün yekununda möhtəşəm atəşfəşanlıq olub. Atəşfəşanlıq Qala qapısında təşkil edilib.