Вернуться назад Распечатать

AAYDA-nın daha bir işçisi sərvəti ilə gündəmə gəlib - İdarə müdiri son model “Lexus” alıb-VİDEO

Beynəlxalq standartlara cavab verməyən magistral yolları inşa edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  17 saylı yol istismar idarəsi  nələr baş verir?

1xeber.media xəbər verir ki,XALQ.online  daxil olan məlumatda 17 saylı yol istismar idarəsinin rəisi Şahin Süleymanovun  dövlət əmlakını və vəsaitlərini talan etməsi iddia olunur.

Belə ki, 17 saylı Yol İstismar İdarəsi MMC-nin dövlətə məxsus texnikalarından istifadə etməklə dövlət sifarişlərini normativlərə uyğun olmadan yerinə yetirildiyi bildirilir.

Məlumatda o da  qeyd olunur ki, AAYDA məmurlarının necə varlanması ilə bağlı cəmiyyətdə müyyən fikirlər dolaşır.

Şahin  Süleymanovun  AAYDA rəhbərinin xalası oğlu olması heç kəsə sirr deyil. elə bu qohumluq əlaqəsindən istifadə edərək əksər tenderlerin qalibi də məhs Süleymanov seçilir.

Həmçinin yeni texnika və avadanlıq adı ilə alınanlar sahibkarlara icarəyə verilir. deyə məlumatda iddia olunur.

Milyonlarla qazanca sahib olan Şahin Süleymanov  bahalı nömrəsi olan son model Lexus markalı avtomobil alması isə müzakirə olunmaqdadır.

Sayt bildirri ki  Süleymanovun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən asfalt zavodundan necə səmərəli istifadə etməsi ilə bağlı araşdırma davam edir. Araşdırma zamanı müyyən məlumatlar əldə olunduqdan sonra oxuculara təqdim edəcəyik

Bütün səsləndirilən iddialarla bağlı Şahin Süleymanovdan açıqlama almaq mümkün olmadı

Yazıda qurumların və adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.