Xəbər verdiyimiz kimi, Xudat rayonunda yerləşən və Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin şəriklərindən olduğu “Food City Agrocomplex”də 8 TIR dolu zəhərli alma saxlanılır.
1xeber.media xəbər verir ki,Musavat.com-a daxil olan məlumatda bildirilir ki, almalar İlkin Cahan oğlu Həsənov tərəfindən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevdən alınıb.
Sahibkar 200 tona yaxın almanı Türkiyəyə göndərmək üçün pulunu ödəyərək satın alsa da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsi “Qida və yem məhsullarına ixrac sağlamlıq sertifikatının verilməsindən imtina olunması” barədə qərar verib. 17 oktyabr 2025-ci il tarixli qərarda göstərilir ki, almalarda aşkar edilən pestisid qalığı miqdarı müəyyən edilmiş maksimal qalıq səviyyəsini aşır. Məhsulun qida dövriyyəsinə buraxılması və satışına yol verilmədiyi xüsusi vurğulanıb, almaların məhv və ya utilizasiya olunması göstərişi verilib. Almaların Türkiyəyə göndərilməsinin qarşısı alınsa da, onların bu günə qədər məhv edilmədiyi barədə məlumat var. Halbuki, AQTA qərarına görə, zəhərli almalar 1 ay ərzində məhv edilməlidir.
Qərarın verilməsindən 1 ay 2 gün ötür və zəhərli almalar hələ də məhv edilməyib!
Bildirilir ki, almaların daxili bazarda satılması üçün “Food City Agrocomplex”dən çıxarılması məqsədilə müxtəlif vasitələrə əl atılır. Hər bir TIR-da 20 tondan artıq məhsul mövcuddur və ümumilikdə 200 tona yaxın zəhərli almanın daxili bazara çıxarılması üçün cəhdlər edilir.
Almalar daxili bazara çıxarılsa, nə baş verər?
Zəhərli almalar məhv edilməsə və daxili bazara çıxarılmasının qarşısı alınmasa, ölkədə kütləvi zəhərlənmələr baş verə bilər. Pestisid qalıqlarının insan orqanizminə təsiri ilə bağlı tibbi araşdırmalar çox təhlükəli xəstəliklərin yarana biləcəyini göstərir.
Hazırkı vəziyyətdə məhsulun daxili bazara çıxarılıb satılması təhlükəsini nəzərə alaraq, zəhərli almaların ictimaiyyətin iştirakı ilə məhv edilməsi zəruridir. Dövlət qurumları bu məsələni gözardı etmədən təcili müdaxilə etməlidirlər.
Mehdiyevin kürəkəni sahibkarın yarım milyon manatını qaytarmaq istəmir!
Hazırda almaları satın almış sahibkar İlkin Həsənovla Mehdiyevin kürəkəni İlham Əliyev arasında ciddi qarşıdurmanın yarandığı bildirilir. İlkin Həsənov ödədiyi yarım milyon manata yaxın vəsaiti geri tələb edir. İlham Əliyev isə zəhərli almalara görə aldığı pulu qaytarmaqdan imtina edir.
Hazırda yüklərin Mehdiyevin kürəkəninin şəriki olduğu iddia edilən “Food City Agrocomplex”də saxlanıldığı bildirilir. Yükün dəyəri yarım milyon manatdır.
Zəbt olunmuş bağlardan yığılan, zəhərə dönən almalar!
Amma məsələ təkcə zəhərli maddələrlə bağlı deyil. Bu almaların arxasında illərlə uzadılan məhkəmə oyunları, dövlətə qaytarılmayan milyonlar və Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin adı dayanır. Bu almalar şabranlı sahibkar Mansur İbrahimovun illər əvvəl əkib-becərdiyi bağlardan yığılıb. Həmin bağlar bir vaxtlar ona məxsus “TurAz” MMC-nin balansında olub. Ramiz Mehdiyevin kürəkəni, deputat olduğu dövrdə inzibati təsir və təzyiq yolu ilə bu şirkəti zəbt edib və məhkəmələri uzatmaqla qanuni sahibinə qaytarmaqdan illərdir yayınır.
Mansur İbrahimov Musavat.com-a açıqlamasında bildirib ki, xaricə daşınan meyvələrin satışından əldə edilən vəsait ölkəyə qaytarılmır: