Вернуться назад Распечатать

Əli Kərimliyə avtomobil bağışlayan Nuru Əliyev kimdir? -VİDEO

AXCP sədri Əli Kərimlinin həbsi onun keçmişini də gündəmə gətirdi. Əbülfəz Elçibəyin dönəmində iqtidarla yaxın təmasdaKI birinci müavin olarkən sürdüyü maşın cəbhəçilərin dilindəydi.

1xeber.media Yenicag.az-a istinadla xəbər verir ki, maşından daha çox o avtomobilin hədiyyə olması müzakirə edilirdi.

Belə ki, Əli Kərimliyə ilk “Nissan Maxima”sını “Nurgün Holdinq”in prezidenti Nuru Əliyevin bağışladığı o dövrün cəbhəçilərinin dilində əzbərə dönmüşdü. O dönəm mediada da öz qəzeti (“Ekspress”) ilə AXCP-nin “Yurd” qanadına dəstək verən “Nurgün Holdinq” Azərbaycan milli burjuaziyasının ilk qaranquşlarından hesab olunurdu.