Вернуться назад Распечатать

Agentlik susuz qalan əhalinin köməyinə çatdı-VİDEO

Bakının Səbail və Qaradağ rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb.

1xeber.media  xəbər verir ki, bu barədə  bir neçə gün öncədən ADSEA məlumat yayıb,vətəndaşları xəbərdar edib.Buna səbəb isə magistral su xəttində aparılacaq təmir-bərpa işlərinin olduğu göstərilir. 

Təmir işlərinin dekabr ayının 5-i yekunlaşacağı planlaşdırılır. Gün ərzində suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.

Bu müddətdə sakinlərə maşınlarla su verilir. Qurumdan verilən məlumata görə 18-20 ton tutumu olan maşınlarda gətirilən su təmir-bərpa aparılan müddətdə vətəndaşların günlük təlabatını ödəyir.Müvəqqəti yaranmış fasilə zamanı əhalini su ilə təmin edən agentliyin həyata keçirdiyi işlər vətəndaşların içməli su ilə təminatının yaxşılaşdırılmasına yönəlib.