Вернуться назад Распечатать

Çantaya sığmayan məktəbli "yük"ü-Sueldən Əmirullayevə maraqlı sual...-VİDEO

 Son illər o qədər lazımsız dərsliklər çap ediblər ki, onları məktəbli çantasına sığışdırmaq mümkün olmur. Kitab-dəftər sayı çox olduğundan bəzən çanta məktəblidən ağır olur.  Buna görə də məktəblini mütləq valideyni ya da, özündən böyük qardaş-bacısı müşayiət etməli olur.  Çünki həmin çantanı təkbaşına daşımaq aşağı sinif şagirdlərinin imkanı xaricindədir.

Elm və Təhsil Nazirliyi bu məsələlərə diqqət yetirməlidir.Bəs yetərincə yetirirmi? Nazir müsahibələrində çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil nazirliyinə ünvanlanmalı deyil deyir.  Çünki həmin çantanı yükləyən tərəf nazirlik deyil.

Hətta cənab əmirullayev valideyinlərə məsləhət də verir ki,əyər dərs ili başlayanda ağır çanta almısınızsa,tədrisin ortasında biraz yüngül olan yeni çanta da ala bilərsiz deyir.

5 ildir ölkə təhsilinə rəhbərlik edən Emin müəllim yaqin  unudub ki,1 uşağı məktəbə yola salmaq üçün valideyin ən azı 200 manat xərcləməli olur. Nəzərə alsaq ki əksər evlərdə uşaq sayi 2-3-dür. Orta aylıq əmək haqqı isə 400 manatdır, Gəl indı çıx problemin içindən... Təbi ki.almaq məsələsində peşəkar olan nazir və əməkdaşları belə bir problem yaşamadığından danışmaq da asan olur.

Tanınmış jurnalist Məhəmmədəli Qəriblinin qızı Suel də probleminin içindən çıxa bilmədiklərinə görə nazirə müraciət edir. Əslində kiçik olan bu qızçığaz böyük bir məsələyə diqqət çəkib. Vəzifə kreslosunda əyləşib problemi həll etməli olanlara ünvanlanan sualı görəsən hansı səlahiyyət sahibi cavablandıracaq. Ümid edək ki Suelin sualına qurum nümayəndələri özlərində cəsarət tapıb cavablandıracaqlar və məktəblinin çantaya sığmayan "yük"ü də azalacaq.