Вернуться назад Распечатать

Səbaildə otel tikintisinə icra başçsı Vuqar Zeynalov icazə verib?-VİDEO

Paytaxnətn mərkəzində Səbail rayonunda qanunsuz tikinti işləri aparılrı.

1xeber.media xəbər verir ki, XALQ-a daxil olan məlumata görə  Səbail rayonu A. Məmmədov küçəsi 66 ünvanında qanunsuz tikinti işləri aparılrı. İddialar görə ərazidə otel inşa olunur.

Dövlət Şəhərsalma və Arxektura Komitəsinin  və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Səbail rayonunda hansı məmurun icazə verdiyi müəmmalıdır.

İddialara görə tikinti Səbail rayonun İcra Hakimiyyətinin başçısısının müavini ilə “razılıq” əsasında olduğu qeyd olunur.

Məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətindən və digər qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı.

Qurumların fikirlərini dərc etməyə hazırıq.