Вернуться назад Распечатать

Yeni başçı işdən çıxardığı köhnə köməkçisini müavin gətirir-İDDİA-VİDEO

Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.bir ay əvvəl başçının köməkçisi vəzifəsinə təyin olunan Ceyhun İsmayılov işdən çıxarılıb.

Bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.Əldə etdiyimiz məlumata görə  başçının köməkçisini işdən çıxarması heç də səbəbsiz deyil.Etibarlı mənbənin məlumatına görə İsmayılov yaxın günlərdə Elxan İbrahimovun müavini postunu tutacaq.

Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildə Kürdəmirin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Ceyhun İsmayılovu özünə köməkçi götürmüşdü.

Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla E.İbrahimov Kürdəmirin icra başçısı postundan çıxarılıb və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

O, Kürdəmirdə köməkçisi işləmiş Ceyhun İsmayılovu Bakıya gətirərək yenidən özünə köməkçi təyin etmişdi.