Вернуться назад Распечатать

Keçmiş nazirimiz MİLYARDER İMİŞ - ŞOK FAKTLAR AÇIQLANDI-VİDEO

"Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan şirkətlərdən “İmprotex Industries” MMC-nin 2 223 740,24 manat vergi borcu olduğu məlum olub. Şirkətin qanuni təmsilçisi kimi keçmiş nazirin qardaşı oğlu Ələkbərov Ruslan Nizami oğlunun adı göstərilir.
Mənbələrdə qısa bir araşdırma apardım ki, birdən sabiq nazirin qardaşı oğlu haradasa borca düşər və ölkə xaricində biabır olarıq. Amma yox — maşallah, səsi Lüksemburqdan İspaniyaya, ordan da okeanı keçib Panamaya qədər gedib çıxır. Azərbaycanda 2 milyon manat vergi borcu nə puldur ki?!" 1xeber.media  xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Cavanşir Həsənli qeyd edib.