Hazırda İranda təxminən 12-13 gündür ki, etiraz aksiyaları davam edir.
İranda baş verən etirazların səbəb bazası əsasən təbiidir. Uzunmüddətli sanksiyalar, milli valyutanın dəyərdən düşməsi, qiymət artımları və sosial rifahın zəifləməsi cəmiyyətdə narazılıq yaradıb. Rəsmi Tehran da bu reallığı inkar etmir. İran rəsmiləri açıq şəkildə bildirirlər ki, iqtisadi problemlərə etiraz normaldır və hökumət bu istiqamətdə islahatlar aparmalıdır.
Hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynov qonşu ölkədə baş verən hadisələrə münasibət bildirməklə həmişə olduğu kimi özünəməxsus mövqeyini ortaya qoydu.