Вернуться назад Распечатать

Özəl klinikalar və şantajçı "pasiyentlər"...-VİDEO

 

Dərman dərdi sağaltmır, xəstəliklə mübarizə aparır. Bu gün əksəriyyətin işi sağalmaqla deyil, dərdiylə üz-üzə mübarizə aparmaqdan keçir. Nəticə isə birdir, insan ya dövlət, ya da ki, özəl xəstəxanaya üz tutmalı, dərdinə çarə axtarmalıdır.

Sevindirici haldır ki,artıq dərdlərinə çarə tapmaq üçün vətəndaşlar  əvvəllər olduğu kimi xaricə üz tutmurlar.Çünki ölkəmizdə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsi də inkişaf edir və bunun nəticəsidir ki,özəl klinikaların sayı günü gündən çoxalır.

Dövlət xəstəxanalarında tibbi xidmətlərin böyük hissəsi İcbari Tibbi Sığorta çərçivəsində ödənişsiz göstərilsə də, vətəndaşların mühüm bir qismi hələ də özəl tibb müəssisələrini seçməyə üstünlük verir. Özəl xəstəxanalar, dövlət səhiyyə sisteminə dəstək olaraq, daha sürətli, keyfiyyətli və müasir tibbi xidmət  təklif etmək məqsədilə fəaliyyət göstərir. Onlar yüksək texnologiyalı diaqnostika, ixtisaslı həkim heyəti və rahat şərait təmin etməklə rəqabət mühiti yaradır və ölkədə tibbi xidmətin ümumi səviyyəsinin artırılmasına töhfə verir. Bu vəziyyət göstərir ki, sadəcə xidmətin pulsuz olması yetərli deyil – xidmətin keyfiyyəti, sürəti, şəraiti və pasiyentə yanaşma daha çox ön plana çıxır.

Amma təsüfflər olsun ki,yüksək keyfiyyət və peşəkar xidmətin daha üstün olduğu özəl xəstəxanalarda vəziyyət o qədər də ürək açan deyil.Səbəb isə təcrübəli və savadlı həkimlərin ölkəni tərk etməsidir.Azərbaycanlı həkimlərin xaricə köçü səhiyyə sahəsinə rəhbərlik edən şəxsləri ciddi düşündürməli, belə halların qarşısını almaq üçün operativ tədbirlər görülməlidir.

Bəs dərdə carə tapanların, kifayət qədər savadlı, peşəkar həkimlərin  ölkəni tərk etmələrinə səbəb olanlar nə və ya kimlərdir?

1xeber.media-nın əməkdaşı mövzunuin aktuallığını nəzərə alıb ölkəni tərk edən həkimlərin bir necəsi ilə əlaqə saxlayıb.

Məlum oldu ki,onları vətəni tərk etməyə vadar edən süni şəkildə  formalaşan şantajçı pasiyentlərdir.

Şantajçı pasiyentlər adətən səhv diaqnoz, uğursuz əməliyyat və ya yüksək xidmət haqqı bəhanələri ilə xəstəxanalara təzyiq göstərməyə çalışırlar.Pasiyentlər adətən sosial media və ya mətbuatla hədələyərək pul və ya əsassız güzəştlər tələb edirlər.

Qeyd edək ki,özəl xəstəxanaların şantajçı pasiyentlərlə mübarizəsi, nüfuzun qorunması və hüquqi tədbirlərin görülməsini tələb edən həssas bir məsələdir.

Həkimləri şantaj edən xəstələr, adətən, müalicə nəticəsindən narazılıq, pul tələbi və ya reputasiyaya xələl gətirmə hədələri ilə hüquqi məsuliyyətə cəlb edilə bilərlər. Şantaj, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən cinayət əməlidir və hədə-qorxu ilə tələb etmə kimi qiymətləndirilir. Belə hallarda həkimlər dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər ki,edirlər də.Amma özlərinin də dedoiyi kimi,haqları qorunmaq əvəzinə daha betər problemlərlə üzləşirlər.Və bunun da nəticəsidir ki,fəaliyyətlərini ölkədən kənarda davam etdirməyə çalışırlar.

Bu problemin ciddiliyini nəzərə almanın zamanı keçir artıq.Çünki statistika göstərir ki,son zamanlar ölkədə yeni özəl klinikalar açılmır və fəaliyyət göstərən tibb müəsisələrində çalışan peşəkar həkimlər də sürətli şəkildə ölkəni tərk edirlər.Bu isə klinika rəhbərliyinin müflisləşməsi ilə yanaşı,ölkə iqtisadiyyatına da zərərsiz ötüşmür.Əziyyəti isə sadə vətəndaş çəkir.

Araşdırmamız davam edir.