“Binə Çörək”də biabırçı hal - çörəyin içindən süpürgə çöpü çıxdı!-VİDEO
Abşeron rayonu Masazır qəsəbəsində yerləşən marketlərin birindən alınan çörəklə bağlı narazılıq gündəmə gəlib.
Bir müştəri aldığı çörəyin içindən yad cisimlər çıxdığını iddia edir.
Şikayətçinin sözlərinə görə, hadisə Masazır ərazisində fəaliyyət göstərən supermarket filiallarının birində baş verib. Alınan çörəyin üzərində istehsalçı kimi "Binə Çörək Zavodu" qeyd olunub. Ev şəraitində çörəyi kəsən zaman isə içərisindən süpürgə çöpünə bənzər sərt və nazik yad hissəciklərin çıxdığı bildirilib.