Вернуться назад Распечатать

40 villa alan şəxs icra başçısının oğludur...-VİDEO

Azərbaycanlı biznesmen Ümid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksini alıb.

1xeber.media xəbər verir ki, bu barədə jurnalist Elçin Alıoğlu qeyd edib.

"29 yanvarda Rumıniyanın “Profit.ro” portalının məlumatına görə, layihə Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun oğlu Ümid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib (Tahir Kərimov 2016-cı ildə vəzifəsindən azad edilmişdi).

Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu İoan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb.