Xəbər verdiyimiz kimi, bu gün Bakıda fəaliyyət göstərən “İdrak” liseyində şagird müəllimi güllələyib.
1xeber.media xəbər verir ki, gündəm olan bu xəbərdən sonra liseylə bağlı “Yeni Sabah”a maraqlı məlumatlar daxil olub.
Bildirilib ki, əslində bu tədris mərkəzində əvvəllər də oxşar kriminal hadisələr baş verib. Məsələn, təxminən 2 il əvvəl “İdrak”da şagirdlər bir-birini bıçaqlayıb. Hadisə 8-ci siniflər arasında, paltardəyişmə otağında baş vermişdi. Lakin lisey rəhbərliyi məsələni gizlədib, ictimailəşməsinə imkan verməyib.
Bundan başqa, “İdrak”ən rəhbərliyi haqda da maraqlı məlumatlar var. Belə ki, liseyin təsisçisi Mönsüm Ədil oğlu Alışovdur. Lakin hüquqi olaraq “İdrak”ın direktoru Mönsüm Alışovun gəlini Natavan Alışovadır. Eyni zamanda məktəbdə əsas söz sahibi Mönsüm Alışovun nazirliklərin birində yüksək vəzifə tutan oğlu İdris Alışovdur. İdris Alışovun qardaşının dini fəaliyyəti ilə bağlı da maraqlı xəbərlər mövcuddur.
Məlumata görə, lisey ilk olaraq Sumqayıtda fəaliyyətə başlayıb, sonradan Bakıda da eyni məktəb yaradılıb. Məktəbin idarəçiliyi ilə bağlı zaman-zaman ata-oğul, qayınata-gəlin arasında problemlər yaranıb. İdrislə Natəvan cütlüyünün qızları isə İngiltərədə təhsil alır.