Вернуться назад Распечатать

Xaricdə iş və təhsil adı altında insan alveri riskləri — Necə qorunaq?

DİN-dən müraciət: İnsan alverinin qurbanına çevrilməmək üçün diqqətli ol!

Yüksək maaş, sərfəli şərtlər, sürətli sənədləşmə prosesi… İlk baxışdan bu təkliflər cəlbedici görünsə də, araşdırmalar onu göstərir ki, son dövrlər sosial şəbəkələrdə xaricdə iş və təhsil adı altında saxta elanlara rast gəlinir. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər. Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?

1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala;
 
2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;

3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə;  
 
4. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.