Вернуться назад Распечатать

Rəis müavini işdən çıxarılan gün müdir təyin edildi-VİDEO

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verilib.

1xeber.media xəbər verir ki,“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, o, bundan sonra Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışacaq.

Hüquq üzrə elmlər doktoru olan Mehdi Abdullayev adıçəkilən ali təhsil müəssisəsinin Dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri təyin edilib.