Вернуться назад Распечатать

Saleh Məmmədovun işdən çıxarılması ATF-in çöküşünü başlada bilər-VİDEO

Saleh Məmmədovun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi ona yaxın şirkət hesab edilən ATF MMC-nin fəaliyyətinə də təsirsiz ötüşməyə bilər.

1xeber.media Qaynarinfo-ya istinadla  xəbər verir ki, ATF MMC “tender kralı” kimi tanınır. Şirkətin xüsusilə yol təmiri ilə bağlı iri məbləğli tenderlərdə qalib seçilməsi Saleh Məmmədov faktoru ilə əlaqələndirilir.
Mediada gedən məlumatlardan aydın olur ki, ATF MMC-nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehran Muradov Saleh Məmmədovun işçisi olub. Onun vaxtilə 17 saylı Yol İstismar İdarəsinin direktoru vəzifəsində çalışdığı deyilir.
Saleh Məmmədovun işdən çıxarılması hətta şirkətin çöküşünü şərtləndirə bilər. Nəzərə alsaq ki, adına heç bir yerdə rast gəlinməyən ATF MMC yalnız yol təmirlərindən qazanır. Hətta bu layihələrdə ATF-nin AAYDA-ya məxsus tesnikadan istifadə etməsi barədə iddialar da var.