1xeber.media xəbər verir ki,AzTimes.az bir ilə yaxındır ki, Sumqayıt səhiyyə sistemində baş verən prosesləri və xüsusilə Səkinə Sadıxova ilə bağlı iddiaları araşdıma aparır.
Maraqlıdır ki, 500 minə yaxın əhalisi olan ölkənin üçüncü böyük şəhərinin səhiyyəsinə rəhbərlik etmiş şəxs haqqında ölkə mediasında, hətta açıq mənbələrdə – o cümlədən Vikipediyada belə, geniş məlumat tapmaq mümkün deyil.Sumqayıt səhiyyə sisteminin birləşdirilməsiBir neçə il əvvəl Səkinə Sadıxova Sumqayıt şəhər Səhiyyə Şöbəsinə rəhbərlik edib.
Daha sonra səhiyyə sahəsində aparılan struktur islahatları çərçivəsində TƏBİB – yəni Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yaradıldı və ölkə üzrə xəstəxana, klinika və təcili yardım stansiyaları vahid mərkəzlər altında birləşdirildi.
Bu çərçivədə 500 min əhalisi olan Sumqayıt şəhərində fəaliyyət göstərən bütün dövlət tibb müəssisələri birləşdirilərək Sumqayıt Tibbi Mərkəzi (Publik Hüquqi Şəxs) yaradıldı. Mərkəz Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında formalaşdırıldı və tərkibinə 7 Ailə Sağlamlıq Mərkəzi, 4 şəhər xəstəxanası olmaqla ümumilikdə 18 tibb müəssisəsi daxil edildi. Həmçinin Təcili Tibbi Yardım strukturu da bu sistemə inteqrasiya olundu.Məhz bu geniş və strateji əhəmiyyətli qurumun direktoru vəzifəsinə Səkinə Sadıxova təyin edildi. Bu isə o deməkdir ki, şəhərin bütün səhiyyə infrastrukturu, büdcə və insan resursları bir nəfərin inzibati nəzarəti altında cəmləşdi.