Vaşinqtonda baş verənləri heç bir halda aksiya kimi qəbul etmək olmaz, bu, birbaşa təxribatdır:
Bunu “Yeni Sabah”a açıqlamasında Prezident yanında Xüsusi İdarənin keçmiş rəisi, ehtiyatda olan polkovnik Cavanşir Vəliyev deyib.
“Görüntülərə baxanda təxmin etmək olur ki, təxribat törədən şəxslər girişi qadağan olunmuş sahəyə daxil olublar. Qanunvericiliyə görə, şəxs istədiyi yerdə istədiyi şüarları səsləndirə bilməz. Mühafizəçilər təxribatçılardan ərazidən uzaqlaşmalarını tələb edir. Həmin şəxslər söyüş söyüb mühafizəçilər isə onları vurub. ABŞ polisinin hadisəyə niyə müdaxilə etmədiyi müəmmalıdır, bunun səbəbini demək çətindir. Biz prosesi sadəcə video-görüntülərdən izləmişik. Ola bilsin ki, ABŞ polisinin müdaxiləsi olub. Qanunvericilik çərçivəsində, həmin təxribatçılar mühakimə edilməlidir. Hiss olunur ki, onlar aksiya barədə əvvəldən heç kimə məlumat verməyiblər və əraziyə qanunsuz yığılıblar”.
Polkovnik vurğulayıb ki, həmin şəxslərin ABŞ-dən deportasiya edilməsi istisna deyil: