Вернуться назад Распечатать

Talıbovun oğlunun həbsinə hazırlıq gedir?-Yeni skandalın DETALLARI-VİDEO

 

Naxçıvanda hərbi çağırış sistemində baş verənlərə dair məhkəmə prosesində səslənən iddialar diqqət çəkib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun işi üzrə ortaya çıxan rəqəmlər və adlar korrupsiya mexanizminin mümkün miqyasını göstərir.

7 il 2 ay azadlıqdan məhrum edilən polkovnik-leytenantın 223 nəfərdən ümumilikdə 505 min manatdan çox rüşvət aldığı müəyyənləşib. Məhkəmə ifadələrində isə daha yüksək vəzifəli şəxslərin adları hallandırılıb. Bildirilir ki, Naxçıvan üzrə xidmət rəisi Mirzə Cəlilovun göstərişləri əsasında çağırışçılardan 1800 manatdan 5000 manatadək vəsait toplanıb. İş materiallarında səslənən iddiaya görə, bu vəsaitlərin bir hissəsi Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov ilə əlaqələndirilib.

İfadələrdə iddia olunur ki, möhlət hüququ verilmiş çağırışçılardan toplanan 800-900 min manata yaxın vəsait sabiq sədrin göstərişi ilə Seymur Talıbovun sürücüsünə ötürülüb və məbləğin müəyyən faizi müxtəlif vəzifəli şəxslər arasında bölüşdürülüb.

Mövcud ifadələr və mümkün sübutlar fonunda Seymur Talıbov cinayət məsuliyyətinə cəlb oluna bilərmi?