Вернуться назад Распечатать

Yeni nazir Rəşad İsmayılov da ərəblərin qarşısında aciz qalıb?...-VİDEO

Rəşad İsmayılov da eynən özündən əvvəlki Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev kimi vəzifəsinin öhdəsindən gələ bilmir. Hər halda görünəni budur.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə ərəblərin yenidən Azərbaycan ərazisində qanunsuz olaraq və həm də ovlanması qadağan olunmuş quşların qəsdinə durması xəbəri yayıldı. Bu xəbərdə qeyd olunurdu ki, ərəblər o qədər harınlamış olublar ki, hətta ovladıqları nadir quş növünü zibil qutusuna atıblar.