Həyəcan dolu 3 saat və ya 11 illik əziyyəti 3 saata sığdırmağa çalışanlar...
Ötən gün imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 58 mindən çox şagird imtahan verdi.Hər zaman olduğu kimi razi və narazı qalanlar var idi....
Həyəcanı geridə qoyub bildiklərini yazıb imtahandan çıxan şagirdlər onları gözləyən valideynlərinin, dostlarının,müəllimlərinin yanına tələsdilər.
Bəziləri pərişan, bəziləri gülərüz..
İmtahan suallrının çətin olduğunu anlamaq üçün pərişan olanların üzünə baxmaq kifayət idi...Bəzi şagirdlərin demək istədiyi kimi,"insaf da dinin yarsıdır "... 3 saat vaxta bu qədər çətin sualları kim düşünür axı....Ən azından şagirdlərin imtahan stesini,keçirdikləri həyacanı,uşaqların çəkdiyi əziyyəti və valideyinin çəkdiyi maddi sıxıntıları nəzərə almaq olmazdımı?11 illik zəhməti 3 saata necə yerləşdirmək olar axı?Sosial şəbəkələrdə yazılanlardan,təhsil ekspertlərinin,müəllimlərin,abituriyentlərin fikirlərindən irəli gələn nəticə ondan ibarətdir ki.dünən son illərdə keçirilən ən çətin buraxılış imtahanı idi....Açıq suallar,dinləmələr,esselər,düşündürücü və vaxt tələb edən sualları hazırlayarkən minlərlə gecəsini gündüzünə qatan şagirdlərin əziyyəti hesaba alınmalı idi...
Təhsil eksperti Elçin Əfəndinin dediyi kimi,deyəsən bu dəfəki suallar Elm və Təhsil Nazirliyinin tədris proqramına və dərsliklərinə əsaslanmırmış və Türkiyə, Gürcüstan və Cəbəlüttariq tədris proqramına və dərsliklərinə uyğun imiş. Məktəblərdə bundan sonra bu ölkələrin tədris proqramını keçin.Hərçənd heç orta məktəblərdə düz-əməlli dərs keçirlmir.hamı boğazından,geyimindən kəsib uşağını hazırlığa göndərir ki,bəlkə fərdi nəsə öyrənə.O da ki ilin sonunda yaranan vəziyyət göz önündədir.
Bunu Banu adlı şagirdin dilindən daha açıq şəkildə eşidə və görə bilərik.Çəkdiyi əziyyətə sözün həqiqi mənasında yanan şagirdin ahının cavabı ağır olacaq.Təsəvür edin ki bu ahlar minlərlədir.....
Təhsil sahəsinin inkişafına ayrılan milyonlarca manatın müabilində normal çalışan dinləmə cihazlarının olmaması isə başqa bir dərddir.Arxa sıralarda oturan uşaqlar səslənən mətni eşitmədiklərini bildirirlər.Səriştəsiz işin cəzasını niyə şagirdlərə kəsirsiniz ?Onların günahı nədir axı?
Deyilsəsi çox söz var.Ümid edirik ki,ən azından bu il qəbul ballarını aşağı salıb şagirdlərə yüklənən- hansı ki onlardan asılı olmayan yükü bir qədər asanlaşdıracaqsınız.
Bu arada qeyd edək ki, Dövlət İmtaha Mərkəzi sualların çətin olması fikrinə münasibət bildirərək deyib ki,test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Bunu əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hər il təkrarlanır.
Minlərlə edilən şikayətləri nəzərə alsaq kimin haqlı ,kimin haqsız olduğuna siz qərar verin.Bu qədər zəif hazırlıqlı uşaq varsa bu da sizin günahınızdır hörmətli DİM,Elm və Təhsil Nazirliyi...