Вернуться назад Распечатать

Qoşqar Təhməzlinin qida təhlüksəziliyi "sıfır"dır - “Çinar” ŞOR insanları zəhərləyir-VİDEO

Vətəndaş “Çinar” süd məhsulları müəssisəsinin istehsalı olan “İvanovalı” şor məhsulunun içindən çıxanları paylaşıb.

Bununla bağlı videonu Ömər Nazlı Başol adlı Feysbuk istifadəçisi  çəkib.. O deyib ki, əldə etdikləri şorun içindən qəribə material çıxarıb. O həmin ağ maddənin nə olduğunu bilmədiyini qeyd edib.

Sözügedən  müəssisənin fiziki şəxs Tural İsmayılova aid olduğu iddia edilir.. Sifarişçi isə Şərifov Rəşad Nurəddin oğludur. Müəssisənin ünvanı kimi Bərdə rayonu ərazisi göstərilir.. Ancaq intermet resurslarında nə sözügedən Çinar” süd məhsulları müəssisəsi ilə , nə də  “Tural İsmayılovla bağlı heç bir əlavə məlumata rast gəlinmir. Görəsən insanları zəhərləyən bu tip müəsisələrlə bağlı AQTA niyə bir tədbir görmür?Qoşqar Təhməzlinin rəhbəri olduğu qurumdan açıqlama olarsa işıqlandırmağa hazırıq.


.(Bizimesr.az)