Вернуться назад Распечатать

Masazırda “hazır bina” üzərində gizli mərtəbə əməliyyatı – qanunlar kimə işləyir?-VİDEO

 

Abşeron rayonu Masazır qəsəbəsində, məscidin yaxınlığında yerləşən və tikintisi artıq tamamlanmış 4 mərtəbəli yaşayış binasının damında yeni – 5-ci mərtəbənin tikilməsinə başlanılması ciddi suallar doğurur. Pəncərələri quraşdırılmış, fasadı formalaşmış və faktiki olaraq hazır vəziyyətə gətirilmiş binanın üzərində sonradan əlavə mərtəbə tikilməsi şəhərsalma və tikinti qanunvericiliyinin açıq şəkildə pozulması ehtimalını gündəmə gətirir. Sual isə olduqca sadədir, əgər bu bina üçün əvvəlcədən 5 mərtəbə tikintisinə icazə verilmişdisə, niyə tikinti tamamlanandan sonra əlavə mərtəbə inşa edilir?

 1xeber.media Mediatv.az -a istinadla bildirir ki,  Masazır qəsəbəsində baş verən bu tikinti prosesində  normativ tələblərin yerinə yetirilib-yetirilmədiyi barədə heç bir açıq məlumat yoxdur. Bu isə haqlı olaraq sual doğurur: qanunlar doğrudanmı hamı üçün eyni şəkildə tətbiq olunur?Əgər tikinti icazəsiz həyata keçirilirsə, onda  İcra Hakimiyyəti niyə bu prosesə müdaxilə etmir? Ərazidə aparılan açıq-aşkar tikinti işləri göründüyü halda yerli icra strukturlarının susqunluğu nə ilə izah olunur?
Burada isə ortaya çox ciddi və düşündürücü sual çıxır,adi bir vətəndaş həyətində kiçik bir toyuq hini tikəndə belə dərhal məmurlar peyda olur, cərimələr yazılır, tikinti dayandırılır. Amma çoxmərtəbəli binanın üzərində açıq-aşkar əlavə mərtəbə tikiləndə niyə heç kim görmür?