Culfa rayonunun Bənəniyar kənd sakinləri suvarma suyunun ədalətsiz bölüşdürülməsinə etiraz edirlər. Onların sözlərinə görə, iki kanal vasitəsilə kəndə gələn suyun böyük hissəsi vəzifəli şəxslərin əkin sahələrinə yönləndirilir. Qalan su isə kənd sakinlərinin əkin sahələrinə çatmır.