Вернуться назад Распечатать

Nəsimi rayonunda qanunsuz tikinti dərhal dayandırıldı-VİDEO

Paytaxtın Nəsimi rayonunda azyaşlıların və gənclərin asudə vaxtının təşkili üçün nəzərdə tutulmuş ərazidə aparılan qanunsuz tikinti işlərinə operativ şəkildə müdaxilə olunub. Belə ki, ötən gün Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 25 ünvanında yerləşən meydançanın bir hissəsinin zəbt edilərək obyekt tikintisinə başlanılması ilə bağlı yayılan məlumatlar aidiyyəti qurumların diqqətindən kənarda qalmayıb.