İmişli şəhəri, Elman Qurbanov küçəsinin yolu bərbad durumdadır.
Bildirək ki, bu küçə şəhərin mərkəzi ilə cəmi 1500 metr məsafədədir. Yəni, mərkəzi küçə adlanır.
Yollar bərbad durumda olduğundan keçilməzdir. 80 ailənin yaşadığı küçə blokada vəziyyətindədir. Yağış sulları dərin gölməçələr yaratdığından sakinlər çətinliklə hərəkət edir.