Вернуться назад Распечатать

Başçısız qalan rayonda özbaşınalıq: Qanunsuz torpaq satışı edən VƏZİFƏLİ ŞƏXS KİMDİR?-VİDEO

Son günlər Qaradağ rayon İcra Hakimiyyəti ilə bağlı redaksiyamıza daxil olan şikayətlərin sayı artmaqdadır.

Faktiki olaraq rəhbərsiz qalan rayonda qanunsuzluqlar məcradan çıxıb.

Belə ki, Qaradağ rayon Lökbatan qəsəbəsi, 1-ci massivdə yaşayan bir qrup sakin rayon icra hakimiyyətininin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müavini, Ərazi-təşkilat məsələləri sektoru müdiri Həsənov İmran Elman oğlu barəsində Yeniera.az-ın redaksiyasına şikayət müraciəti ünvanlayıb.

Sakinlərin iddialarına görə, rəhbərsizlikdən sui istifadə edən Həsənov İmran qanunsuz işlərlə məşğul olur.