14 aprel tarixində Medianın İnkişafı Agentliyində Monqolustandan olan media nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulan prioritetlər barədə məlumat verib. O, jurnalistlərin peşəkar inkişafının dəstəklənməsi, media savadlılığının artırılması və müasir çağırışlara uyğun media mühitinin formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.