Çalışdığı bazarda baş verən yanğında dəymiş ziyana görə kompensasiya ala bilməyən Şərur rayon sakini Samur Məmmədov dövlət orqanlarından şikayətçidir. O bildirir ki, etdiyi şikayətlər işini yoluna qoymaq əvəzinə vəziyyətini daha da pisləşdirib: haqqını tələb etdiyinə görə ona heç yerdə işləməyə imkan verilmir.