Taksi biznesini hansı məmur İNHİSARA ALIR?-Kasıbın qazancına əl qoyurlar-VİDEO
Naxçıvanda 2018-ci ildən əvvəl istehsal olunan avtomobillərin taksi fəaliyyəti qadağan edilir. Sürücülərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, onlara avtomobillərinin fəaliyyətinin bloklanması ilə bağlı SMS-lər göndərilib.
Şikayətçilər bu işin arxasında taksi monopolistlərinin dayandığını, AYNA-nın isə buna göz yumduğunu iddia edirlər.
Sürücü Kamil Məhərrəmov deyir ki, bloklanma ilə bağlı aldığı SMS onun həyatını alt-üst edib:
“Evimi girov qoyub, 2015-ci il istehsalı olan maşın almışdım. 6 aydır taksi işləyirdim, həm ailənin dolanışığını təmin edirdim, həm də götürdüyüm kreditin aylığını qaytara bilirdim. İndi isə o qədər borcu necə qaytaracağam, ailəmi necə dolandıracağam?
Eşitdiyimizə görə, hansısa taksi şirkəti yeni maşınlar gətirib, burada kirayəyə verəcək. Bu qadağanı da ona görə qoyurlar ki, məcbur gedib onlardan kirayə götürək.