Вернуться назад Распечатать

Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı-Sabiq nazir 1,4 milyon dollar ziyana düşüb-VİDEO

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada fəaliyyət göstərən şirkəti ötən il 103 milyon 671 min rubl (1 milyon 382 min dollar) gəlir əldə edib.

1xebermedia Yeniavaz.com-a istinadla  xəbər verir ki, Əbülfəs Qarayev 2023-cü ilin may ayında Rusiyada “Korporasiya ÇE” (ООО “Корпорация ЧЕ” – ИНН: 7725322819) adlı şirkətin 50 faizlik payını satın alaraq, iki təsisçidən biri olub.
“Korporasiya ÇE” şirkətinin digər təsisçisi – Əbülfəs Qarayevin biznes ortağı, Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir.
Qeyd edək ki, “Korporasiya ÇE” şirkəti 11 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Əbülfəs Qarayev şirkətin 50 faizlik payına sahib olduqdan sonra hüquqi ünvan Moskva şəhəri, Dnepropetrovskaya, ev 3, korpus 5, mənzil 3/1 ünvanına dəyişdirilib.