Вернуться назад Распечатать

Ayda 15 min manat maaş alan müşavirlər İŞDƏN ÇIXARILDI -VİDEO

Xəbər verildiyi kimi, TƏBİB-in yeni icraçı direktorunun 6 müşaviri işdən çıxarılıb.

1xeber.media xəbər verir ki,“Unikal”ın əldə etdiyi məlumata görə, TƏBİB rəhbərinin müşavirləri yüksək əməkhaqqı alırlarmış. Belə ki, onların ayda 15 min manata yaxın məvacib aldıqları məlum olub. 

Bununla yanaşı, müşavirlərin hər rübdə maaş qədər də əlavə məvacib aldıqları bildirilir. Orta hesabla TƏBİB rəhbərinin müşavirləri il ərzində ümumilikdə 1 milyon manatdan çox maaş alıblar.