Вернуться назад Распечатать

Metro imtahanından "2" alan rəisə sərt ittiham: “Villadakı hovuzun filterlərini yeniləyib”-VİDEO

“Hələ 2019-cü ildə Bakı Metropoliteni QSC üçün ümumi gücü 39 meqavat olan 17 ədəd generator alınmışdır ki, bəs belə hallarda qatarlar tuneldə qalmasın”.

1xeber.media Tribuna.az-a istinadla  xəbər verir ki, bunu Ağ Partiyanın Aparat rəhbəri Kamran Məmmədli deyib.

O bildirib ki, 2019-cü ildə hələ metronun qiyməti 30 qəpik idi. “100% qiymət artımı oldu, deyildi ki, bəs xidmət keyfiyyəti artacaq və yeni avadanlıqlar alınacaq .Əslində bəs nə oldu?  Metro rəhbəri yeni avadanlıqlar aldı, amma tunellərdə qatarların yox, villalarının həyətindəki hovuzların filterlərini yeniləndi. Generatorlar isə deyəsən qatarları yox, kimlərinsə gələcəyini ‘işıqlandırmaq’ üçün alınıbmış”.