Вернуться назад Распечатать

Niyazi Bayramovun 78 milyonluq "sarayı" ...-VİDEO

Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı auditin nəticələri ilə bağlı hesabatında diqqətçəkən məqamlardan biri də Gəncə İdman Sarayının tikintisi ilə bağlı xərclərin şişirdilməsidir. Ötən gün bu barədə yayılan məlumatlara görə, hesabatda qeyd olunur ki, Gəncə İdman Sarayının tikintisi işlərinin dəyəri 9,52 milyon manat artırılıb. 

1xeber.media xəbər verir ki,Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, Gəncə İdman Sarayının tikintisi ilə bağlı ilk satınalma müqaviləsi 2020-ci ilin aprelində "Rövşən Oğuz Qrup” MMC ilə bağlanıb. Müqavilənin maliyyə dəyəri 4 600 000 manat olub. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

Lakin bu vəsait sarayın inşasına bəs etməyib. Gəncə Şəhər İcra Hakimiyyəti 5 ay sonra, yəni 2020-ci ilin sentyabrında Gəncə İdman Sarayının tikintisi ilə bağlı birmənbə metodu ilə daha bir müqavilə imzalayıb. Bu müqavilənin maliyyə dəyəri 1 800 000 manat olub.

Ətraflı sujetdə: