Вернуться назад Распечатать

SON DƏQİQƏ: Deputatların maaşı 5 dəfə artırıldı:Artıq 15 min manat alacaq...-VİDEO

Bu gün  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvlərinin maaşları açıqlanıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında Qanunda dəyişiklik edilib və aprelin 21-də bu dəyişikliyi Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov təsdiqləyib.

Dəyişikliyə əsasən, Ali Məclisin sədri artıq 3 330 manat deyil, 15 000 manat məbləğində aylıq vəzifə maaşı alacaq.

Bundan əlavə, Ali Məclis sədrinin birinci müavini 13 000 manat, Ali Məclis sədrinin müavini 12 000 manat, Ali Məclisin komitə sədri 9 000 manat, Ali Məclisin komitə sədrinin müavini 8 000 manat, Ali Məclisin deputatı 7 000 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Tribuna.az