Вернуться назад Распечатать

AHİK-də nə dəyişib - sədr, yoxsa idarəetmə? Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?-VİDEO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) az qala yarım əsr rəhbəri olmuş Səttar Mehbalıyev ötən il tarixə qovuşdu. AHİK-i özünün böyük biznes obyektinə çevirən Səttar Möhbalıyevdən edilən şikayətlərin sayı-hesabı yox idi, bütün bunlara baxmayaraq, o, özünü uzun illər qorudu. Lakin son nəticədə, bir günün içində vəzifəsini itirdi və böyük bir sistem qısa müddətdə başqa bir nəzarət altına keçdi. Çünki, dövlətin, xalqın olanı sonadək talamaq mümkün deyil. 

Və böyük pulların formalaşdığı AHİK sisteminə hüquqşünas, iqtisadçı, həmçinin İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışmış Sahib Məmmədov rəhbər gətirildi. Qısa müddətdə aparılan sürətli təbliğat məlumatlarının nəticəsi olaraq Səttar Möhbalıyevin əməllərinin daha təkrar olunmayacağı, bundan sonra hər şeyin AHİK üzvləri üçün gözəl olacağı açıq-aşkar masaya sərildi. İlk əvvəllər hər şey gözəl görünürdü, hər şey məlumatlarda böyük təbliğatçı ordusunun əməyi nəticəsində parlaq başlanğıc idi...Bizimesr.az

Ətraflı sujetdə: