Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiyalar paketində Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumu da hədəfə alınıb.
Sanksiya siyahısına daxil edilən “Yelo Bank” qərarın Rusiya maliyyə mesajlaşma sistemi ilə bağlı olduğunu təsdiqləyib.
“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovdur. O, bu vəzifəyə 2021-ci il yanvarın 5-də təyin olunub. Həsənov deputat Sevinc Fətəliyevanın həyat yoldaşıdır. Fətəliyeva Milli Məclisin rəsmi məlumatına əsasən, 30 saylı Suraxanı birinci seçki dairəsindən ikinci çağırış deputatıdır və Yeni Azərbaycan Partiyasını təmsil edir.