Xəbər verildiyi kimi, “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin (Bakı Limanı) direktor müavini Söhrab İsmayılov bu İlin yanvarında vəzifəsindən azad edilib.
1xeber.media xəbər verir ki, onun qovulmasına səbəb bir sıra qanun pozuntularına yol verməsi olub.
Lakin bu günlərdə onunla bağlı daha bir qalmaqallı məsələ ortaya çıxıb. Belə ki, Söhrab İsmayılovun bir qrup şəxslə əlbir olaraq maliyyə intizamını kobud şəkildə pozubduğu, müəyyən şirkətlər üçün xüsusi şərait yaradaraq onların qanunsuz varlanmasına imkan yaratdığı aşkarlanıb.