Azərbaycan səhiyyəsində hemofiliyalı xəstələrin həyatını təhlükəyə atan ciddi bir skandal yetişməkdədir.
1xeber.media AFN.az- a istinadla xəbər verir ki, bir neçə gündür davam edən narazılıqlar pik həddə çatıb. "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərovun son "SOS" müraciəti, dövlət büddəsindən ayrılan milyonlarla manat vəsaitin hara və necə xərcləndiyi ilə bağlı ciddi şübhələri ortaya qoyur.
"Bədənimizə nə yeridildiyi məlum deyil"
Özü də hemofiliyadan əziyyət çəkən Fuad Əsgərovun bildirdiyinə görə, son aylarda Respublika Klinik Xəstəxanası tərəfindən hemofiliyalı xəstələrə paylanılan "Faktor IX" preparatları səhhətlərində ciddi narahatlıq yaradıb. Məsələ ondan ibarətdir ki, şiddətli qanaxmalar zamanı bu dərmanlar heç bir təsir göstərmir. "Bu isə o deməkdir ki, 1800 xəstənin həyatı faktiki olaraq hər gün riskə atılır və onların bədəninə effektivliyi şübhə doğuran maddələr yeridilir" - deyə QHT sədri bildirib.