Вернуться назад Распечатать

Vilayət Eyvazov Göyçaya getdi-VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 26-da Göyçay rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Göyçay rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Göyçay, İsmayıllı, Şamaxı, Ağdaş, Ucar, Qəbələ, Qobustan və Ağsu rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 226 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.