Вернуться назад Распечатать

Vüqar Qurbanovun adamları MEYDANDA- "Ülfət Qurbanov həkimlərin başına oyun açır"-VİDEO

Fevral ayında vəzifəsindən azad edilən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun Mingəçevir şəhər Mərkəzi Xəstəxanasındakı adamı Ülfət Qurbanov həkimlərin başına oyun açır. 

https://1xeber.media/ Bizimesr.com-a istinadla  xəbər verir ki, bu barədə haqsız yerə işdən çıxarılan Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimi kardioloq Gülü Namazova bildirib. O qeyd edib ki, 4 ildir çalışdığı xəstəxanadan Ülfət Qurbanov onu heç bir səbəb olmadan çıxarıb:

“Mən Mingəçevir Mərkəzi Xəstəxanasında 4 il çalışmışam. Bu ilin yanvar ayında Vüqar Qurbanovun adamı Ülfət Qurbanov adımda heç bir izahat, töhmət, işə gecikmə halı olmadığı halda işimə xitam verib. Mən bu haqsızlığa görə çəkiliş edirəm.