Вернуться назад Распечатать

Barat Yusubovla Vüqar Qurbanovun tibbi imperiyası...-VİDEO

Azərbaycan səhiyyə sistemində son illərdə baş verən dəyişikliklər, idarəetmə strukturlarının yenilənməsi və paralel olaraq özəl sektorun genişlənməsi bir sıra yeni fiqurların ön plana çıxmasına səbəb olub. Bu fiqurlardan biri də uzun müddət Yeni Klinikanın baş direktoru olmuş Barat Yusibov hesab olunur.

1xeber.media xəbər verir ki,bu barədə https://xebersiz.media/ məlumat paylaşıb.

Onun fəaliyyəti və ətrafında formalaşan şəbəkə isə ictimai müzakirələrin predmetinə çevrilməkdədir. Bu müzakirələrdə adı tez-tez çəkilən digər şəxs isə TƏBİB-in sabiq rəhbəri Vüqar Qurbanovdur.

Müxtəlif mənbələrdə və sosial platformalarda yayılan iddialara görə, Barat Yusibov və Vüqar Qurbanov uzun illər ərzində səhiyyə sektorunda paralel biznes və təsir mexanizmi qurublar. Bu imperiya çoxisiqamətli və çoxqütblü sahələri əhatə edir.

Özəl tibbi müəssisələrin yaradılması və idarə olunması, tibbi avadanlıq və dərman idxalı sahəsində fəaliyyət, regionlarda invaziv kardiologiya və digər ixtisaslaşmış xidmətlərin təşkili, dövlət xəstəxanalarında laboratoriya və xidmət sahələrinin qurulması və ən əsası isə dövlət resurslarından şəxsi istifadəçilik və s. Bu fəaliyyətlərin bir hissəsinin rəsmi biznes çərçivəsində, digər hissəsinin isə mübahisəli yollarla həyata keçirildiyi barədə də məlumatlar var.

Müzakirələrdə adı hallanan strukturlar və layihələr aşağıdakılardır:

EGE Hospital, HP Güvən, “Olimp” Hospital, BMED ortopedik avadanlıqlar şirkəti, İnvasiv kardiologiya üzrə fəaliyyət göstərən qurumlar, dərman idxalı ilə məşğul olan şirkətlər, region xəstəxanalarında yaradıldığı deyilən kardiologiya mərkəzləri (Şirvan, Şəki və s.), dövlət xəstəxanalarında laboratoriya xidmətləri, lisensiyasız özəl laboratoriya xidmətləri və s. Siyahını xeyli böyütmək də olar. Eyni zamanda, Bakının müxtəlif ünvanlarında sənədləşməsi mübahisə doğuran tibbi obyektlərin fəaliyyəti ilə bağlı da məlumatlar gündəmə gətirilir.