Millət vəkili Günay Ağamalı da mayın 3-də keçirilən “Bakı Marafonu 2026”ya qatılanlardan olub.
Amma diqqət çəkən məsələ deputatın marafon zamanı daşıdığı çanta olub.
1xeber.media xəbər verir ki,32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən aksesuar dünyaca məşhur "Tory Burch" markasının "Eleanor Satchel" kolleksiyasına məxsusdur. Bu çantanın qiyməti müxtəlif satış platformalarında 680 avrodan (təxminən 1250 AZN) başlayaraq, modelin xüsusiyyətlərinə görə 995 avroya (təxminən 1830 AZN) və daha baha qiymətlərə qədər yüksəlir.